Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:45

Bakının mərkəzində 10 min ev söküləcək


arxiv foto
arxiv foto
-
ELŞAD ABDULLAYEV MTN-NİN GENERALINI İTTİHAM ETDİ

Elşad Abdullayev
Elşad Abdullayev
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev “Azadlıq” qəzetinə yenə müraciət göndərib. Müraciətdə Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarovla bağlı ittihamlar yer alıb. Elşad Abdullayev yazır ki, Akif Çovdarov təkcə qardaşı Mahir Abdullayevin oğurlanmasında iştirak etməyib. Natiq Babaşov və Mirsahib Məcidov adlı şəxslərin həbsini də o təşkil edib.

Sabiq rektor bildirir ki, Mirsahib Məcidov və Natiq Babaşov Mahir Abdullayevin oğurlanması ilə bağlı onun yanına gəliblər. Elşad Abdullayevin sözlərinə görə, Mirsahib Məcidov milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın adamıdır: “Mənə özünü Sahib müəllim kimi təqdim etmişdi. Onlar mənə demişdilər ki, Mahir Abdullayevi geri almaq üçün “Cəlilabadlı Şahin” kimi tanınan bir şəxsin vasitəsilə Akif Çovdarov və onun dostu Qulu Cəfərovla danışıqlar aparıblar. Bu söhbətin videogörüntüsü də var və mən bunu ictimailəşdirmişəm. Sonradan mən bu adamlarla bağlı şikayət etdim. Onlar həbs olundu. Əslində bu adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin əsas üzvlərindən olan Akif Çovdarovu, Səftər Kələntərovu, “Cəlilabadlı Şahin”i, “Bandotdel”in Yasir adlı əməkdaşını və digərlərini məsuliyyətdən kənarda saxlamaq üçün idi. Onların himayədarı o qədər güclü idi ki, hətta məhkəmə zalında belə hakimləri təhdid etdilər. Bütün bunları Akif Çovdarov edirdi”.

“ŞİƏLƏRİN, SÜNNİLƏRİN, NURÇULARIN, SƏLƏFİLƏRİN ARASINDA MÜNASİBƏTLƏRİ TƏNZİMLƏMƏK VAXTIDIR”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, ilahiyyatçı alim Rafiq Əliyev “Media forum” saytının suallarını cavablandırıb.

- Son vaxtlar Azərbaycanda dini radikalizm meyllərinin gücləndiyi hiss olunur. Xüsusən Suriyada döyüşən azərbaycanlı gənclər ətrafında baş verənlər müzakirə mövzusuna çevrilib. Hətta Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası xaricə cihad adı ilə döyüşə gedənlərlə bağlı fətva da qəbul etdi. Sizcə, nə baş verir, ölkədə cərəyan edən bu vəziyyət haqqında nə deyə bilərsiniz?

- Ümumiyyətlə, dini sahədə vəziyyət gərgindir. Gərginləşmənin də səbəbi çoxdur, təkcə kimlərinsə Suriyaya getməsində deyil. Azərbaycana olan təsirlər, buradakı qüvvələr, son dövrlərdə regionda baş verən dəyişikliklər ölkəmizdəki ümumi vəziyyətə təsir göstərir. Amerika ilə İranın arasının düzəlməsi, İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin pisləşməsi, Türkiyə, İran və Rusiyanın birlik ideyası – bütün bunların hamısı ümumi planda Azərbaycanda gedən dini proseslərə mənfi təsir göstərir.

PREZİDENT ƏLİYEVİN ÜÇ İSMARICI

İlham Əliyev
İlham Əliyev
“Turan” informasiya agentliyi prezident İlham Əliyevin yanvarın 5-də regionların sosial-iqtisadi inkişafı proqramının icrasına həsr edilmiş konfransda iştirakından yazır. Agentlik qeyd edir ki, dövlət başçısının nitqi ilk növbədə daxili istifadəçiyə ünvanlanırdı. Əliyevin nitqinin analizi göstərir ki, o, milli auditoriyaya bu ismarıcları verdi:

Onun hakimiyyəti sabitdir,

Xarici təhdidlər neytrallaşdırılıb,

Opponentlər zərərsizləşdirilib.

Əliyev hər üç tezisi konfransın pərdəsi altında gətirərək dinləyicilərin yaddaşında iki proqram çərçivəsində onun üçün bu vacib vəzifələri həll etdiyini təlqin etməyə cəhd etdi.

BAKININ MƏRKƏZİNDƏ 10 MİN EVİ SÖKMƏYƏ BAŞLADILAR

“Yeni Müsavat”: Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda söküləcək evlərin sayını açıqlayıb. BŞİH Aparatının rəis müavini Zülfəli İsmayılovun movqe.az-a dediyinə görə, Maliyyə Nazirliyi, Yol Servis İdarəsi və Yasamal Rayon İcra Hakimiyyəti birgə iş aparır, ərazilər ölçülür:

“Bu plana əsasən söküntüyə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yuxarı hissəsindən start veriləcək. Bəzi ərazilərdə söküntüyə başlanılıb. Vətəndaşlara kompensasiya verilir. Məlumata görə, Yasamal rayonu ərazisində 10 mindən çox evin söküntüsü nəzərdə tutulur”. Yasamal Rayon İcra Hakimiyyətindən bildiriblər ki, söküntü işlərinin aparılması ilə bağlı İH-də İşçi qrup yaradılıb. Başçının birinci müavini Səməd İslamov İşçi qrupunun rəhbəri təyin edilib”.

Qəzetin əməkdaşı Böyük Şor qəsəbəsində gedən söküntü işlərindən yazır. “Böyük Şordakı evlər balaca pullar verilməklə yerlə-yeksan olunub. Qəsəbədə sökülməyən evlər də var. Onların da hissə-hissə uçurulması növbədədir. Hökumət vətəndaşlara yaşayış sahəsinin 1 kvadrat metri üçün 800-1000 manat arası kompensasiya təyin edib.

Amma təklif edilən pul mənzil sahiblərini qane etmir. Onlar Böyük Şorda kommunal və ekoloji şəraitin acınacaqlı olduğunu etiraf edirlər. Lakin əvəzində hökumətin verdiyi kompensasiya heç də normal şəraitli mənzilə köçməyə kifayət etmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG