Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:58
-
Gürcüstanın “Multi-Pulti dünyası” teatrı Novruz bayramı ərəfəsində də azərbaycanlı tamaşaçıları sevindirmək niyyətindədir. Teatr “Maşa və Ayı” tamaşasının “Maşa və Ayı. Novruz sərgüzəştləri” adlı yeni seriyası ilə Azərbaycan tamaşaçılarının görüşünə gələcək. Xəbəri “Azərtac” yayıb.

Tamaşa məxsusi olaraq Azərbaycan tamaşaçıları üçün “Maşa və Ayı” cizgi filmi və Novruz adət-ənənələri əsasında hazırlanıb. Martın 18-dən 23-dək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında göstəriləcək.

Hadisələr Novruz bayramı ərəfəsində baş verir. Tamaşada Maşa və Ayı ilə yanaşı Kosa, Keçəl, Ozan baba, çərşənbələr kimi personajlar da iştirak edirlər.

Tamaşa iki variantda - Azərbaycan və rus dillərində təqdim olunacaq. Məşhur cizgi filminin motivləri əsasında, gürcü rejissoru Qoça Kviçianın quruluşunda hazırlanan tamaşada gürcü və azərbaycanlı aktyorlar çıxış edəcəklər.

Balaca tamaşaçıları cizgi filmlərinin personajları və milli nağıl qəhrəmanları ilə birgə unudulmaz Novruz şənliyi və çoxlu sürprizlər gözləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG