Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:04

"Freedom House" İranda tanınmış şairin asılmasını pislədi


Hashem Shaabani-nin asılması xəbəri (www.humanrightsvoices.org)
Hashem Shaabani-nin asılması xəbəri (www.humanrightsvoices.org)
-

"Freedom House" insan haqları təşkilatı İranda tanınmış şair, ictimai fəal Haşim Şaabaninin edam edilməsini pisləyib.

Onu yanvarın 27-də dar ağacından asıblar.

Məlumata görə, İranın İnqilab Məhkəməsi 32 yaşlı Şaabanini ölüm hökmünə hələ 14 ay əvvəl məhkum edibmiş.

Onu allahsızlıqda təqsirli bilmişdilər.

Şaabanini, hökmün icrasına prezident Həsən Ruhaninin icazə verməsindən sonra asıblar.

"Freedom House" bildirir ki, gənc fəalın həbsi təkcə milli azlıqların nümayəndələrinə qarşı repressiyaların davam etdiyini göstərmir, həm də Həsən Ruhaninin hakimiyyətə gəlməsindən sonra İranda insan haqları ilə bağlı vəziyyətin yaxşılaşmadığını nümayiş etdirir.

Şaabani milliyyətcə ərəb idi. O, Dialoq İnstitutu yaradaraq İranda ərəb mədəniyyətini və ədəbiyyatını təbliğ edirdi.

Amerikanın "Freedom House" təşkilatı dünya boyu demokratiyanın yayılmasına çalışır.
XS
SM
MD
LG