Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:11
ABŞ Dövlət katibinin köməkçisi Victoria Nuland Kiyevdə səfərdədir.

Vaşinqton bundan əvvəl Avropa Birliyi ilə Ukraynaya mümkün maliyyə yardımını götür-qoy ertdiyini bildirmişdi.

Kremilsə xəbərdarlıq edib ki, Ukraynaya ayırdığı 15 milyard dollarlıq yardım paketi Kiyevin bundan əvvəl Moskva ilə əldə etdiyi razılaşmaya sadiq qalmasından aslı olacaq.

Ukrayna müxalifəti isə hələ də ölkə konstitusiyasında dəyişiklik edilməsini təkid edir.Söhbət prezidentin səlahiyyətlərinin bölüşdürülməsindən gedir.

Avropa Birliyinin xarici məsələlər üzrə rəsmisi Catherine Ashton dünən bildirib ki, Ukraynadakı siyasi böhranı yoluna qoymaq üçün hələ çox işlər görülməlidir.O dünən prezident Yanukovych və müxalifət liderləri ilə görüşüb.

Ukrayna hökumətinin ötən ilin noyabrında Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etirazlara səbəb olub və bu sonda bu günlkərdə hökumətin istefası ilə nəticələndi.

Günün bütün mövzuları

XS
SM
MD
LG