Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:49

Freedom House tanınmış şair, fəal Hashem Chaabani-nin edamını pisləyib


-
Beynəlxalq hüquq müdafiə təşkilatı Freedom House tanınmış şair, fəal Hashem Chaabani edam etdiyinə görə, İran hakimiyyətini pisləyən bəyanatla çıxış edib.

32 yaşlı Hashem Chaabani yanvarın 27-də asılmaqla edam olunub.

Ötən ilin iyununda İranın İslam İnqilab məhkəməsi Hashem Chaabani və daha 14 nəfər barəsində ölüm hökmü çıxarıb. Küfrdə ittiham olunan Chaabanin edamı İran prezidenti Hassan Rouhaninin hökmü təsdiqləməsindən sonra icra edilib.

Freedom House hesab edir ki, bu edam İranda milli azlıqlara qarşı represiyaların davam etdiyini və Hassan Rouhanin prezident seçilməsindən sonra da bu vəziyyətin dəyişmədiyini göstərir.

Chaabani ərəb əsilli İran vətəndaşıdır. Onun yaratdığı Dialoq institutu İranda ərəb mədəniyyəti və ədəbiyyyatını təbliğ edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG