Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:30

Bir qrup Qarabağ müharibəsi iştirakçısı Səhiyyə Nazirliyində olub


-
Fevralın 6-da Qarabağ müharibəsi iştirakçılarını birləşdirən təşkilatların rəhbərləri Səhiyyə Nazirliyində olublar.

Onları nazir müavini Elsevər Ağayev və idarə rəisləri qəbul edib.

Görüşdə veteranların ötən ay prezidentə ünvanladığı təkliflər müzakirə edilib.

“Media forum” saytının verdiyi məlumata görə, nazirlik rəsmiləri problemlərin həlli üçün əllərindən gələni edəcəklərini deyiblər.

İkinci qrup Qarabağ müharibəsi əlili Zaur Həsənovun özünü yandıraraq intihar etməsindən sonra müharibə əlilləri sosial təminatlarının yaxşılaşdırlması ilə bağlı prezidentə müraciət ediblər.

Dövlət başçısına göndərilən təkliflər paketində pensiya təminatının yaxşılaşdırılması, kommunal xidmətlər sahəsində güzəştlərin tətbiqi, Qarabağ əlilləri, onların ailə üzvlərinin tibbi sığorta təminatı, təhsil haqlarının dövlət tərəfindən ödənilməsini əhatə edən təkliflər yer alıb.

Bu, Qarabağ əlillərinin nazirliklərlə keçirdiyi ikinci görüşdür. Bundan əvvəl belə bir görüş Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlində keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG