Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:11

Prezidentin vurğuladığı sözlər: seçki, rəzil müxalifət, korrupsiya, xalqın xidmətçisi [Video]


Siyasi şərhçilər Ərəstun Oruclu, Erkin Qədirli və Yeganə Hacıyeva prezident İlham Əliyevin fevralın 5-də səsləndirdiyi fikirlərə münasibət bildirirlər.

-


«İşdən Sonra» verilişində siyasi şərhçi Yeganə Hacıyeva prezident İlham Əliyevin fevralın 5-də səsləndirdiyi fikirlərə münasibət bildirib:

«Özünün Avropanın bir hissəsi olduğunu iddia edən ölkənin prezidenti bu cür çıxış etməməli idi. Bu çıxış son 3 ildəki çıxışların kulminasiyası idi. Heç bir halda prezident ölkə vətəndaşları, özünün rəqibləri haqqında belə fikirlər səsləndirməməli idi. Azərbaycanın iqtisadi inkişafı ilə bağlı deyilən rəqəmlər də mifikdir. Sahibkarların durumları ağırdır...».

«Stabilliklə bağlı fikrə gəlincə isə, əslində Azərbaycanda xaotik baş verən etirazlar var. Quba hadisələri, İsmayıllı hadisələri, daha sonra mərkəzdə heç bir siyasi təşkilatçılıq olmadan təşkil edilən aksiyalara nəzər salmaq yetərdir...».

«Prezidentin çıxışında səsləndirdiyi «Qərbdən ianə alan», «satılmış müxalifət» fikirlərinə çox təəssüf edirəm. Siyasi partiyaları formalaşdırmaq asan deyil. Milli Şura namizədinin maliyyələşməsi də göz önündə oldu. Əgər doğurdan da Milli Şura xaricdən maliyyələşirdisə, niyə onun namizədinin təbliğat-təşviqat kampaniyasına cəmi 2100 manat xərcləndi? Bu məbləğ bəlkə də nazir övladlarının birgünlük xərcləridir. Bu baxımdan həqiqətə uyğun deyil səsləndirilən fikirlər...».

Şərhləri göstər

XS
SM
MD
LG