Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:28
-
Şərq qapısı 6 fevral 2013

Bənəniyar kəndində quruculuq işləri aparılacaqdır

Fevralın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Bənəniyar kəndinə gəlmiş, məktəb binasının və musiqi məktəbinin mövcud vəziyyəti ilə maraqlanmışdır.

Məlumat verilmişdir ki, Bənəniyar kənd tam orta məktəbinin binası 2 mərtəbədən ibarətdir. Tikinti işləri zamanı binaya bitişik əlavə korpuslar inşa ediləcək, müasir tədris şəraiti yaradılacaqdır. Hazırda məktəbdə 392 şagird təhsil alır. Yenidənqurma işlərindən sonra perspektiv də nəzərə alınmaqla məktəb binası 624 yerlik olacaqdır. Məktəbdə fənn kabinələri, müasir laboratoriyalar və sinif otaqları yaradılacaq, idman zalı istifadəyə veriləcəkdir.

Bənəniyar Kənd Uşaq Musiqi Məktəbi üçün də yeni bina inşa olunacaqdır. Üç mərtəbədən ibarət olacaq binada sinif otaqları, tədbirlər zalı və yardımçı otaqlar yaradılacaq, həyətdə geniş abadlıq işləri aparılacaqdır.

Ali Məclisin Sədri obyektlərin layihəsinə baxmış, tikinti işlərinə başlanılması barədə tapşırıqlar vermişdir.
XS
SM
MD
LG