Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:03
-
“Azərqaz” öz abonentlərinə dərhal icra olunması nəzərdə tutulan 5 növ xidmət təklif edir.

SOCAR-ın internet səhifəsində verilən məlumata görə, yeni xidmətlər itən smartkartın bərpası, borc haqqında məlumatın, məcburi köçkünlərə limitlərin verilməsi, smart tipli sayğaclarda şəxsi məlumatların dəyişdirilməsi və sayğacların istismarı ilə bağlı məlumatlarla bağlıdır.

Qeyd olunan 5 xidmətdən yararlanmaq istəyənlər 1 saylı Bakı “ASAN xidmət”inə müraciət edə bilərlər. İtmiş smartkartın bərpasından başqa yerdə qalan dörd xidmət üzrə abonentlərdən heç bir rüsum tələb olunmur.

Smartkartın bərpası üçün 5 manat tələb olunur.

Şirkət onu da xatırladır ki, bütün xidmətlər yalnız “İTRON-SOCAR” sayğaclarından istifadə edən abonentlər üçün nəzərdə tutulur. Gələcəkdə belə xidmətlərin Bakı şəhərində yerləşən 2, 3 və 4 saylı, eləcə də Gəncə və Sumqayıt şəhərlərində yerləşən “ASAN xidmət” mərkəzlərini əhatə edəcəyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG