Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 18:14

Lənkəranda zəncirvari nəqliyyat qəzası olub


arxiv foto
arxiv foto
-
Ötən gecə Lənkəranda zəncirvari nəqliyyat qəzası olub. Hadisə Ələt-Astara magistralının 204-cü kilometrliyində, Lənkəranın Velədi kəndi ərazisindən keçən körpünün üzərində baş verib.

İran vətəndaşının idarə etdiyi yük maşını idarəetmədən çıxaraq, qarşıdan gələn minik avtomobili ilə toqquşub.

Arxadan gələn daha bir minik avtomobili yük maşınına çırpılıb və dərəyə aşıb.

Qəza zamanı “Jiquli”ni idarə edən sürücü müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdilib. Baş verən zəncirvari qəza nəticəsində yolda hərəkət 2 saata yaxın iflic olub.

Hadisənin yolun sürüşkən olması səbəbindən baş verdiyi bildirilir.
XS
SM
MD
LG