Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:55
Birləşmiş Ştatlar xəbərdarlıq edib ki, bu həftə rəhbərləri Tehrana səfər etmiş Fransa şirkətlərinin ABŞ sanksiyalarını pozduğu aşkar olarsa, bu şirkətlər Vaşinqton tərəfindən cəzalandırılacaq.

ABŞ dövlət katibi John Kerry Fransanın xarici işlər naziri Laurent Fabius-la söhbətində bildirib ki, belə səfərlər İranda yanlış təsəvvür oyada bilər və Qərbin ümumi məqsədlərinə xidmət etmir.

Bu həftənin əvvəlində 100-dək Fransa şirkət başçısı Tehrana səfər edib.

İranın xarici işlər naziri Javad Zarif öz növbəsində Vaşinqtonun belə mövqeyini pisləyib.

O deyib ki, İran və ABŞ arasında son razılaşma əldə edilənədək Vaşinqton rəsmilərinin belə bəyanatları arzuolunmazdır.

Fransanın biznes nümayəndə heyətini İranda prezident Rouhani-nin administrasiya rəhbəri Mohammad Nahavandian qəbul etmişdi.

İrana səfər etmiş Fransa şirkətlərinin arasında Safran, Airbus, Total, GDF-Suez, Renault, Alcatel, Alstom və L'Oréal-ın olduğu xəbər verilib.

Rəsmi Paris bildirib ki, bu şirkətlər İrana öz təşəbbüsləri ilə gediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG