Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:28

Kişilərin kitabı


-

İnsanın qurtuluşu nədədir?

"Qanun" nəşriyyatının çap etdiyi bu kitabda böyük hind filosofu, ruhlandırıcı və aydın Oshonun (Bxaqvan Şri Racniş) müxtəlif zamanlarda bu mövzuda etdiyi çıxışlar, dediyi mühazirələr toplanıb.

"Kişilərin kitabı"nda mövzunu tam izah etmək üçün bəzi prototiplər təqdim olunub: Adəm, robot, diqqət dəlisi, məşuq, siyasətçi, oyunçu, yaradıcı-qurucu və s.

Bu prototiplər konkret xarakter, tip, şəxsiyyət kimi qəbul olunmalı deyil. Bunlar, sadəcə, hər birimizə aid ola biləcək bəzi tendensiyaların, düşüncə və davranışların, həyat tərzinin təsviri üçün seçilən köməkçi vasitələrdi.

Osho reallığın əslində bütün nəzəriyyə və qərarların arxasında qaldığına işarə edir. Reallıqda hər şeyin başqa cür olduğunu izah etməyə çalışır.

Bu personajlardan ona görə istifadə edir ki, ilk növbədə insan öz ağlının quruluşunu müəyyən edə bilsin. Daha sonra ağıldan və yaşantılardan kənara çıxıb reallığa ayıq gözlə baxsın, öz gerçək kimliyini görsün.

Tərcümə: Aysel Əlizadə

Günün bütün mövzuları

XS
SM
MD
LG