Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:05
-

Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Catherine Ashton deyir ki, Ukraynada hökumətlə etirazçılar arasındakı qarşıdurmaya son qoymaq üçün “görülməli xeyli iş” qalır.

Ashton bunları Kiyevdə prezident Viktor Yanukovych və müxalifət liderləri ilə ayrı-ayrılıqda keçirdiyi görüşdən sonra bildirib.

Ashton-nun sözlərinə görə, AB Ukraynaya maliyyə yardımı etməyə hazırdır.

Amma bu, çox böyük bir məbləğ olmayacaq.

Ashton-a görə, bu həm maliyyə dəstəyi, həm Avropa Birliyinin Ukrayna ilə iqtisadi sahədə öz təcrübəsini bölüşməsi, texniki dəstək, həm də bu işə beynəlxalq maliyyə qurumlarının cəlb olunmasını ehtiva edən bir paket olacaq.

AB rəsmisi Ukrayna hökumətini dinc nümayiş keçirənlərə qarşı zor tətbiq edənləri məsuliyyətə cəlb etməyə çağırıb.

Bu arada Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, Ukraynanın qaza görə Rusiyaya olan borcu 3 milyard dolları keçib.

O ümid etdiyini bildirib ki, Ukrayna hökuməti öz öhdəliklərinə əməl edəcək.

Ukraynanın özündə isə sülh olacaq, “ölkə iki yerə parçalanmayacaq”.

Ukrayna hökuməti Avropa Birliyi ilə sıx əməkdaşlıq haqda sazişi imzalamaqdan imtina edəndən, Kremllə yaxınlaşandan sonra ölkədə kütləvi aksiyalar başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG