Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:57
2013-cü ildə Azərbaycanın balıq şirkətləri və fiziki şəxslər 793,8 ton balıq tutub.
Bu, 2012-ci ildəkindən 116,8 ton çoxdur. Amma ümumi kvota hələ ki, tam tutulmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ölkədə ümumilikdə 1 166,8 ton balıq ovlanıb.

Bunun 206 tonu kilkə (2012-ci ildə 372 ton), 150 tonu siyənək (126), 125 tonu kefal (125), 117 tonu kütüm (80), 72 tonu külmə (62), 59 tonu (64) çapaq balıqları, qalanı isə digər balıq növlərinin payına düşür.

Balıqçılar kvotanın alınmasına 16,4 min manat ödəyiblər.

Dövlətstatkoma görə, 2012-ci ildə ölkədə 57 667 ton balıq tutulub.Bunun 56,3 min tonu fiziki şəxslərin payına düşür.Bu, qanunsuz ov sayılır.

Amma mütəxəssislər bu rəqəmlərin şişirdildiyini deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG