Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:18
-
“Qaqauzia referendumu Avropa Birliyi ilə Rusiya arasındakı mübarizəni əks etdirir”- Stratfor Araşdırmalar Mərkəzi Qaqauziadakı referendumu belə qiymətləndirib.

Moldovanın Qaqauzia muxtar regionunda keçirilmiş referendumda qaqauzların 97,2 faizi Avropa Birliyi ilə inteqrasiyaya “yox” dedi.

Səs verənlərin 98,4 faizi MDB-nin Gömrük İttifaqı ilə sıx əlaqələrə tərəfdar olub.

Referendumda müstəqillik haqqı barədə ayrıca sual da olub. Moldova müstəqilliyini itirsə və ya kiməsə versə, Qaqauzianın öz müstəqilliyini elan etmək haqqı varmı? - sualına referendum iştirakçılarının 98,9 faiz “hə” deyib.

Moldovada yaşayan qaqauzlar arasında belə fikir var ki, Moldova Avropa Birliyi ilə inteqrasiya adı altında Rumıniyaya birləşmək istəyir. Referendumda sonuncu sual məhz bununla bağlıdır ki, bu birləşmə baş versə, onda qaqauzlar öz müstəqiliklərini elan edə bilərlər.

Qaqauzlar yanvar ayında Rumıniya prezidenti Traian Basescunun Rumıniya ilə Moldovanın mümkün birləşməsi haqda verdiyi bəyanatı misal çəkirlər ki, Moldovanın Rumıniya ilə birləşməsi real plandır.

ARAYIŞ: Qaqauzlar və ya Göyoğuzlar— Moldovada , Ukraynada , Rumıniyada , Rusiyada , Türkiyədə və digər ölkələrdə yaşayan türk xalqıdır.

Moldovada 150 min, Ukraynada 30 min, Rusiyada 12 min qaqauz yaşayır.

Türkiyədə 5 mindən 15 minə kimi, Yunanıstanda 3 min qaqauz var.

Qaqauzların dili türk dilinin oğuz qrupuna daxildir. Dinləri pravoslav dinidir.

Qaqauzlar Avropanın çox az türk xalqlarındandır ki, xristinalığı qəbul edib, ancaq öz türk köklərini itirməyib, məsələn, hunlar və ya bulqarlar kimi.

Qaqauzların ii Dünya Qurultayı

Qaqauzların ii Dünya Qurultayı


Moldovanın baş naziri Lurie Leanca Azadlıq Radiosuna deyir ki, bu referendum qanunsuzdur.

“Qaqauziada baş verən hadisə qanun pozuntusudur.”

Baş nazir referendumu “təəsüffdən də pis” adlandırır.

Moldova hökuməti referendum keçirilməsinin qarşısını almağa çalışsa da bunu edə bilmədi. Moldova hakimiyyəti bu referendumu ölkənin ərazi bütövlüyünə təhlükə hesab edir.

Qaqauzianın qubernatoru Mihail Formuzal isə deyir: “Biz itirmək, uduzmaq istəmirik. Biz azad bazar istəyirik, həm Avropa, həm də Rusiya tərəfdə. Biz qaqauzlar, kiçik xalq kimi, Moldovanın mərkəzi hökumətinə deyirik ki, Avropa ilə siyasi inteqrasiyanı dayandırın, iqtisadi inteqrasiyanın qeydinə qalın. Kim zəmanət verə bilər ki, biz Avropaya gedən qatarın son vaqonuna tullanıb-minə biləcəyik? Və kim zəmanət verə bilər ki, bir gün Avropa Birliyi də SSRİ kimi dağılmaycaq? Belə təminat varmı? Yoxdur”.

Qaqauziada keçirilən referendumu Moldovanın müxalifət partiyası olan Sosialist Partiyası dəstəkləyib.

Partiyanın sədri İgor Dodon deyir: “Sosialist partiyası lap əvvəldən Qaqauziada referendum keçirilməsi ideyasını dəstəkləyirdi. Bütün maneələrə baxmayaraq referendum keçirildi və hələ ölkə tarixində refenduma bu qədər adam gəlməmişdi”.

ARAYIŞ: 1991-ci ildə SSRİ dağılandan Moldovada qaqauzlar arasında separtaçılıq meyilləri güclüdür. Onlar 1991-ci ilin avqustunda özlərinin müstəqilliyini elan etdilər. Rəsmi Kişinau ilə qaqauzların uzun danışılqraından sonra 1994-cü ildə qaqauzlar yaşayan regiona “xüsusi muxtar zona” statusu verildi.

QAQAUZİA MOLDOVADAN AYRILA BİLƏRMİ?

Kişinaudakı siyasi təhlilçi İgor Botan hesab edir ki, baş verənlər siyasi mübahisədir, ancaq təhlükəlidir.

“Bu daha çox siyasi konfliktdir. Qaqauzianın Moldovadan çıxmaq hüququ yoxdur. Ancaq onlar bu konflikti həmişə gündəlikdə saxlaya bilərlər. Moldova Avropa Birliyi ilə Assosiaisya sazişi imzalayanda onlar maneə yarada bilərlər, deyə bilərlər ki, razı deyillər. Özü də onların tərəfində seçicilər və Rusiya var”.

Rusiyanın baş nazirinin müavini Dmitry Raqozin keçən ay demişdi ki, Moldova adlı qatar Avropaya gedəndə ola bilsin yolda bir neçə vaqonunu itirsin. Raqozin açıq şəkildə Dnestyryanı region və Qaqauzianı nəzərdə tuturdu.

Stratfor yazır ki, Moldovada Gürcüstandakı vəziyyət təkrar olunur. Tbilisi Avropa Birliyinə inteqrasiyaya tərəfardır. Ancaq Gürcüstanın 2 regionu- Abxaziya və Cənubi Osetiya bu inteqrasiyanın əleyhinədir.

O da maraqlıdır ki, Ukraynada yaşayan qaqauzlar Ukraynanın Avropa Birliyinə inteqrasiyasına tərəfdardırlar və hazırda hökumətlə müxalifəti razılığa gəlməyə çağırırlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG