Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:24
-
Son 10 ildə iqtisadiyyat 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artıb. Ötən il Azərbaycan iqtisadiyyatına qoyulan sərmayə rekord həddə çatıb və 28 milyard dollar təşkil edib. Azərbaycan xarici iş adamları üçün cəlbedici ölkə olaraq qalır. Qeyri-neft sektoruna daha çox vəsait qoyulur.

Bunu fevralın 5-də prezident İlham Əliyev H. Əliyev Mərkəzində regionların sosial iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda deyib.

Prezident ötən 10 ildə 17 elektrik stansiyasının tikildiyini, ölkənin 90 faizə yaxın ərazisində qazlaşma aparıldığını deyib.

Bildirib ki, 10 ildə 2 min 700 məktəb tikilib, 500-dən çox tibb müəssisəsi inşa edilib, ya da təmir olunub. 41 olimpiya kompleksi istifadəyə verilib.

Prezident deyib ki, son 10 ildəki uğurlar növbəti illərdə də davam etdiriləcək.

Şərhləri göstər

XS
SM
MD
LG