Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:23
-
“Qəzadan iki həftə sonra xəstəxanada özümə gələndə maşınımla maraqlandım. Yerini demədilər. Üstündən 7 ay keçib, hələ də müstəntiqlər mənə maşınımın harda olduğunu demirlər”.

AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edən Akif Rzayev Qarabağ əlilidir. Deyir, ötən ilin iyul ayında ailəlikcə avtomobil qəzası keçiriblər. O gün, bu gün, qəza keçirdiyi avtomobilini əldə edə bilmir:

"MAŞINIMI VERİN..."

“İyulun 28-də Lerikdən qayıdırdım. Biləsuvarın Xırmandalı kəndi ərazisində “Sachma” markalı yük maşını qəflətən yoluma çıxdı, toqquşduq. Ailəlikcə ağır yaralandıq. İki həftədən sonra xəstəxanada özümə gələndə maşının yerini soruşdum. Nə müstəntiq, nə polislər mənə maşınımın dəqiq yerini demədilər. O vaxtdan düşmüşəm müstəntiqlərin arxasına ki, maşınımın yerini deyin. Müstəntiqlər məni 7 aydır ki, ancaq aldatmaqla məşğuldular. Deyirlər, səsini çıxartma, qarşı tərəf xəstəxana xərclərini də ödəyər, maşınını da düzəltdirər. Mən ailəlikcə ölümcül yaralanmağımıza səbəb olmuş bir adamın adını istintaqçılardan zorla öyrənə bilmişəm. Üzünü isə hələ də görməmişəm. Onun yerinə müstəntiqlər danışır”.

Akif Rzayev deyir, keçirdiyi qəzadan sonra əmək fəaliyyəti ilə də məşğul ola bilmir.

Şikayətçiin sözlərinə görə, onu narahat edən odur ki, polis müstəntiqləri qarşı tərəfi gizlətməklə bu işi də ört-basdır etmək istəyir:

“Bakı Baş Dövlət Yol Polis İdarəsinin baş müstəntiqi Hikmət Kərimov işi əvvəlki müstəntiqdən alıb Arzu Əliyev adlı başqa müstəntiqə verib. Bundan sonra ilkin araşdırmalarla bağlı sənədləri yoxa çıxarıblar”.

DİN: "QƏZANI TÖRƏDƏN MƏSULİYYƏTƏ CƏLB OLUNUB"

Orxan Mansurzadə

Orxan Mansurzadə

DİN Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadənin sözlərinə görə, ötən il iyulun 28-də Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisində sürücü Fərhad Əliyev yük avtomobili ilə əks yola çıxıb. Nəticədə Akif Rzayevin idarə etdiyi avtimobillə toqquşub. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanıb:
“Dekabrın 30-da Fərhad Əliyevə ittiham elan edilib, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib. Cinayət işininn istintaqı yekunlaşdırılıb, yanvar ayının ortalarında ittiham aktı Baş Prokurorluğa göndərilib. Təsdiqləndikdən sonra cinayət işi məhkəmə baxışına veriləcək”.
Orxan Mansurzadə bildirib ki, istintaq dövründə Fərhad Əliyev tərəfindən Akif Rzayevə 2000 manat ziyan ödənilib. Avtomobil isə hazırda Ucar şəhərindəki sexlərdən birində təmir edilir. Bu barədə Akif Rzayev də məlumatlıdır.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG