Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:54
-
Yapon bəstəkarı, musiqiçi, «Grammy» və «Qızıl qlobus» mükafatı sahibi Kitaro martın 7-də Bakıda Heydər Əliyev Mərkəzində solo-konsert proqramı ilə çıxış edəcək.

Mərkəzin yaydığı xəbərə görə, əfsanəvi Kitaro Bakıya «Son çağırış» («Final call») adlı yeni proqramla gəlir.

Qeyd edək ki, Kitaro-nun «Son çağırış» musiqi albomu 2014-cü ildə 56-cı «Grammy» mükafatının namizədlərindən olub.

30 illik musiqi karyerası ərzində milyonların sevimlisinə çevrilən musiqiçi tamaşaçılara 36 nəfərlik orkestrin müşayiəti ilə konsert proqramı təqdim edəcək.

Əsl adı Masanori Takahashi olan, etnik motivlərlə elektron alətlərin elementlərini özündə birləşdirən Kitaro «New age» janrının tanınmış simalarındandır.

Musiqi təhsili olmayan Kitaro musiqinin incəliklərinə özbaşına yiyələnib.
O, klavişli alətlərlə yanaşı, gitara, fleyta, baraban və s. alətlərdə çalır.

Bəstəkar Kitaro həm də rejissor və fotoqraf kimi tanınır. O, bəzi konsertlərinin işıq tərtibatçısı və albomlarının aranjemançısıdır.

1993-cü ildə «Səma və torpaq» kinofilminə bəstələdiyi musiqiyə görə «Qızıl qlobus» mükafatı alıb.

2001-ci ildə isə bəstəkarın «Səni düşünürəm» («Thinking of you») albomu «Grammy» mükafatına layiq görülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG