Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:46

Pakistanda törədilən partlayışda azı 9 adam ölüb


Pakistanda partlayış
Pakistanda partlayış
Pakistanın Peşəvar şəhərində törədilən partlayışda azı 9 nəfər ölüb, 50-dən çox adam yaralanıb.

Partlayış şiə məsçidinin ətrafındakı hoteldə törədilib.Polis zabiti Nəcib Rəhman (Najeeb Rehman) bunun terror aktı olduğunu deyir.

Məlumatlara görə partlayışa görə cavabdehliyi yeni yaradılmı yerli qruplardan biri üzərinə götürüb.Taliban bunda əli olmadığını deyir.

Partlayış hökumət nümayəndələri ilə Taliban arasında keçirilən sülh danışıqlarının təxirə salınmasından bir neçə saat sonra törədilib. Danışıqların nə vaxt keçiriləcəyi hələlik bəlli deyil.
XS
SM
MD
LG