Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:23
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashton bu gün Kiyevdə prezident Viktor Yanukovych və müxalifət liserləri ilə görüşür.O artıq nahar süfrəsi ətrafında müxalifət liderləri ilə görüşüb.

Müxalifət lideri Vitali Klitschko bundan sonra Avropa Birliyinin hakimiyyətlə dialoqa vasitəçilik etməyə hazır olduğunu bildirib.

Müxalifət ölkə konstitusiyasında düzəliş edilməsinə çalışır. .Söhbət prezidentin səlahiyyətlərinin bölüşdürülməsindən gedir.Parlamentin dünənki iclasında tərəflər bununla bağlı bir araya gələ bilməyiblər.Vitali Klitschko hesab edir ki, prezident Yanukoviç vaxt uzadır.

Ukrayna hakimiyyətinin ötən ilin noyabrında Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etirazlara səbəb oldu və bu sonda bu günlərdə hökumətin istefası ilə nəticələndi.

Rusiya bundan sonra Ukraynaya vəd elədiyi 15 milyard dollarlıq yardım paketini dayandırdı. Avropa və AB rəsmiləri isə bundan sonra bəyan ediblər ki, Ukraynaya hansısa formada maliyyə yardımı göstərə bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG