Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:59

BMT: «Suriyada uşaqlar metal parçaları ilə döyülüb, dırnaqları çıxarılıb, zorlanıb...»


-
BMT Suriyalı uşaqlarla bağlı hesabat yayıb. Hesabat 2011-ci ilin martın 1-dən 2013-cü ilin noyabrın 15-ə qədər olan dövrü əhatə edir.

Hesabatda 3 il davam edən daxili müharibə zamanı 100 mindən çox adamın öldüyü, onların 10 mindən çoxunun uşaqlar olduğu bildirilir.

Bundan başqa müxalif Azad Suriya Ordusunun uşaqları hökumətə qarşı vuruşdurduqları, uşaqların çoxunun bunu özlərinə bir vəzifə saydıqları bildirilir.

11 yaşına qədər uşaqlar həbs olunub, müxalifətə qarşı məlumat vermələri üçün işgəncəyə məruz qalıb. Ya da yaxınlarının təslim olması üçün uşaqlar pis münasibətə məruz qalıb.

Hesabatda uşaqlara verilən qorxunc işgəncələr sırasında metal parçaları ilə döyülmə, elektrik şokuna məruz qalma, əl və ayaq dırnaqlarının çıxarılması, zorlama, bədənlərində siqaret söndürmə, yuxusuz qoyma, ailələrinə işgəncə verilməsini uşaqlara göstərmə göstərilir.

Uşaqların işgəncə vaxtı qollarından, ya da digər bədən üzvlərindən divara, ya da tavana asıldıqları, bu vəziyyətdə döyüldükləri də hesabatda yer alıb.

İşgəncəyə məruz qalan uşaqlarla söhbətlər də hesabatda əks olunub. 16 yaşlı bir uşaq deyib ki, 14 yaşlı dostu zorlanandan sonra öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG