Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:21

Sorğu: «Əksəriyyət LGBT insanlarla birlikdə işləmək istəmir»


Foto: Arxiv

Foto: Arxiv

-
Nəfəs LGBT Azərbaycan «LGBT iş mühiti» sorğusunun nəticələrini açıqlayıb.

«LGBT insanlar, əsasən də gay və transgender şəxslər bu sahədə çoxlu sayda problemlərlə üzləşirlər. Respondentlərin 64%-i LGBT insanlarla birlikdə işləmək istəmir. 60% insanın ümumilikdə LGBT insanlara münasibəti neqativdir. 60% respondent sahibkar - işə götürən olduğu zaman LGBT insanları işə götürməkdən imtina edəcəyini bildirib».

Sorğunun nəticələrinə görə, 52% respondent homoseksuallıq və biseksuallıq haqqında məlumatlı olduğunu bildirsə də, onun yaranma səbəblərinə verdikləri cavablar da müxtəlif olub. Respondenlərin 52% - i homoseksuallıq və biseksuallığı anadan gəlmə xəstəlik, 28% - i həmin şəxsin özünün seçdiyi həyat tərzi kimi qiymətləndirib. 12% respondent bunun ailə və ya ətraf mühitdən gələn psixoloji və fiziki təsirin nəticəsi kimi qiymətləndirib.

Təşkilatın sorğusu bank, turizm, səhiyyə, təhsil, kiçik və böyük ticarət mərkəzləri, QHT - lər arasında keçirilməklə 500 respondenti əhatə edib.

Sorğu 2 formada - online və respondentlə birbaşa ünsiyyətdə olmaqla keçirilib. 8 bölgəni əhatə edib.

Sorğunun məqsədi LGBT insanların iş mühitində üzləşdiyi neqativ halların, iş mühitində onlara olan münasibəti, respondentlərin LGBT mövzusunda olan biliklərini müəyyənləşdirmək olub.

Sorğu 4 komponentə əsasən aparılıb – gender, yaş, təhsil, ailə vəziyyəti. Respondentlərin böyük əksəriyyəti 18 – 35 yaş (68%) qrupuna daxil olan şəxslər olub.

Məlumatı Nəfəs LGBT-nin mətbuat xidməti yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG