Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:56

Bağdaddakı partlayışlarda 19 nəfər ölüb


-
Bağdadda bir-birinin ardınca baş verən partlayışlar nəticəsində 19 nəfər həlak olub, 30 nəfər yaralanıb.

İraqın təhlükəsizlik xidmətinin məlumatına görə, fevralın 5-də şəhərin mərkəzində 4 partlayış olub. Partlayışlar xüsusi mühafizə olunan "yaşıl zonanın" yaxınlığında, Xarici İşlər Nazirliyinin, restoranın və bazarın yanında olub.

Partlayışları intiharçılar minalanmış maşınlarla törədib.

Hələlik məsuliyyəti heç bir qruplaşma üstünə götürməyib.

Son vaxtlar İraqın qərbindəki Ənbər əyalətində Əl-Qaidəyə bağlı yaraqlılar fəallaşdığından ölkədə gərginlik artıb.
XS
SM
MD
LG