Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:02

Sabah da qar yağacağı gözlənilir


-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Arabir tutulacaq, axşam və gecə bəzi yerlərdə qar yağacağı ehtimal olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, şaxtalı hava fevralın 7-ə qədər davam edəcək.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Gecə və səhər yollar buz bağlayacaq. Havanın temperaturunun gecə 2-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Azərbaycanın rayonlarında hava bəzi yerlərdə yağıntılı olacaq, qar yağacağı gözlənilir. Yollar buz bağlayacaq. Havanın temperaturunun gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 13-18, yüksək dağlıq ərazilərdə 20-22, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG