Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:07

İtkin düşən 10 yaşlı uşaq: «Bir də anamdan ayrılmayacağam»


-
“Anamgillə Salyana getmişdik, orda maşından düşdüm, onları itirdim. Sonra məni aldatdılar, gətirdilər Bakıya”.

Bunu AzadlıqRadiosuna fevralın 3-də Bakıda tapılıb valideynlərinə verilən Sabirabad rayonunun Muğangəncəli kənd sakini 10 yaşlı Səbir Hüseynov deyib.

“Bir də anamdan ayrılmayacam, indi evdəyəm, heç yerə getməyəcəm”.

Səbirin anası Lumu Hüseynova oğlunun 3 gün əvvəl Salyanda azdığını və çox gəzsələr də tapa bilmədiklərini bildirir.

“Salyanda azıb, Bakıya necə gedib çıxıb, bilmirik. Sağ olsun polisimiz, bələdiyəmiz onlar oğlumu tapıb gətirdilər. Bir də yanımdan heç yerə buraxmayacam”.

Lumu Hüseynovanın dediynə görə, imkansız olduqları üçün Səbiri hələ də məktəbə göndərə bilməyiblər.

“Bir az imkansızıq, evimiz yoxdur. Kənddəki bələdiyyə binasında yaşayırıq. Elə buna görə də uşağı da məktəbə göndərə bilmirəm, nə bilim görək nə olur...”

3 gün əvvəl Salyanda itkin düşən Səbir Hüseynovu fevralın 3-də Yasamal polisinə Qafqaz Universitetinin müəllimi Fərhad Mehdiyev aparıb.

O, Səbirlə Bakıda, Şamaxı yolundan keçən avtomobil tunelində rastlaşıb. Qarlı-şaxtalı havada balaca bir uşağın maşınlara əl etməsi şəxsi avtomobilində yol gedən müəllimin diqqətini çəkib. Uşağı avtomobilinə mindirib və Yasamal rayon 29-cu polis bəlməsinə təhfil verib. Fevralın 4-də polis Səbirin yaxınlarını tapıb və ailəsinə çatdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG