Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:48
-
APA agentliyinin məlumatına görə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin facebook səhifəsi rəsmidir.

Ramiz Mehdiyevin səhifədəki müraciətində bildirib ki, “gənclərimiz və əhalinin digər yaş qrupları arasında getdikcə populyarlıq qazanan facebook sosial şəbəkəsində öz səhifəmi yaratmaqdan məmnunluq duyuram. Burada mütəmadi olaraq fikir və düşüncələrimi paylaşacağam”.

MƏNZİLLƏR 10 FAİZ BAHALAŞACAQ

Bakı

Bakı

2014-cü il ərzində ümumi bazarda qiymətlər altı-səkkiz faiz artacaq. Mənzil bazarında isə 10-12 faiz bahalaşma gözlənilir.

Bunu “Azadlıq” qəzetinə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib. Deyib ki, qiymətlərdə artım mənzil bazarında təklifin azalması ilə bağlıdır. Bazarda mövcud təklifin həcmi tələbin həcmindən azdır.

KEÇMİŞ NAZİRƏ QARŞI İTTİHAM AKTI BAŞ PROKURORLUĞA GÖNDƏRİLİB

Keçmiş xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin cinayət işi üzrə ibtidai istintaqı başa çatdıran Milli Təhlükəsizlik Nazirliyi sabiq nazirə qarşı ittiham aktını təsdiqlənməsi üçün Baş Prokurorluğa göndərilib.

Vəkil Əfqan Məmmədov “Media forum” saytına bildirib ki, Baş Prokurorluq ittiham aktını təsdiqləyib məhkəməyə göndərməlidir.

Vəkil deyib ki, Nicat Quliyev istintaqa heç bir ifadə verməyib: “Nicat Quliyev hesab edir ki, onu şərləyiblər, evinə silah qoyublar və qanunsuz həbs ediblər. Ona görə də sonadək istintaqın heç bir sualını cavablandırmayıb”.

Əfqan Məmmədovun sözlərinə görə, sabiq nazirin işinə Binəqədi Rayon Məhkəməsində baxılacağı gözlənir: “Çünki hadisənin baş vermə yeri kimi Novxanı bağları göstərilib. Həmin yer də Binəqədi rayonu ərazisidir”.

Nicat Quliyev 2013-cü il avqustun 7-də həbs olunub. MTN-in yaydığı məlumata görə, sabiq nazir qanunsuz olaraq odlu silah saxlamada təqsirləndirilir.
Nicat Quliyev MTN-in təcridxanasında saxlanılır.

“MƏMURLAR DİN MƏSƏLƏSİNDƏ EHTİYATLI OLMALIDIR”

Bunu “Bizim Yol” qəzetinə müsahibəsində Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri İlqar İbrahimoğlu deyib.

İlqar İbrahimoğlu

İlqar İbrahimoğlu

İlqar İbrahimoğlu bildirib ki, “məmurlar din məsələsində maksimum ehtiyatlı davranmalıdırlar. Dinlə bağlı hər hansı təkliflər səsləndirəndə, təşəbbüslərdə bulunanda emosional davranmamalı, yüz ölçüb bir biçəndən sonra danışmalıdırlar”.

DEVAMM rəhbəri deyib ki, “Allahın kitabı mənasının tam orijinallığının qorunması üçün nazil olduğu dildə oxunmalıdır. Ancaq ilahiyyatçılar orijinalda səslənən ilahi kəlamları ana dilində də tərcümə olaraq səsləndirərsə, bu, çox məqsədəuyğun olar. Quranın nazil olduğu dildə oxunması onun möcüzəvi xüsusiyyətlərindən biridir”.

AZƏRBAYCANDA TƏBİİ ARTIMIN AZALMASI MÜŞAHİDƏ EDİLƏ BİLƏR

Azərbaycanda 10-12 ildən sonra əhalinin təbii artımının azalması meyli müşahidə edilə bilər. Bunu Trend agentliyinə AMEA-nın Coğrafiya İnstitutunun Azərbaycan əhalisi və sosial inkişaf şöbəsinin aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru Zakir Eminov deyib.

Onun sözlərinə görə, müstəqillik dövrünün ilk illərində əhalinin təbii artımı ciddi surətdə aşağı düşüb. 1993-cü ildən başlayaraq, Azərbaycanda təbii artım kəskin azalıb. Bu proses 10 il ərzində, yəni 2003-cü ilə qədər davam edib.

Alim deyib ki, 1990-91-ci ildə respublikada doğulan uşaqların sayı 190 min nəfərdən çox olub. Ancaq 2003-cü ilədək bir ildə doğulan uşaqların sayı 70-80 min nəfərə qədər azalıb. 2012- 2013-cü illərdə isə doğulan uşaqların sayı bir ildə 110-112 min nəfərədək artıb.

KÜÇƏ REKLAMLARIMIZ NİYƏ ƏCNƏBİ DİLLƏRDƏDİR?

“Yeni Azərbaycan” qəzeti yazır ki, Bakının mərkəzi hissəsini əhatə edən 25 mərkəzi küçə və prospektlərdə olan 875 xidmət obyektinin monitorinqi aparılıb. “Müəyyən edilib ki, reklam xarakterli lövhələrin ümumilikdə 63 faizi ingilis dili (bu rəqəm 2012-ci ildə 27 faiz olub), 14 faizi rus dilində, 12 faiz (bu rəqəm 2012-ci ildə 11 faiz təşkil edirdi) türk, 6 faiz (2012-ci ildə bu rəqəm 62 faiz-idi) Azərbaycan dilində, 3 faizi digər dillərdə olan sözlərdən istifadə olunub. Qalan 2 faiz sözün isə hər hansı məna daşıdığını müəyyən etmək mümkün olmayıb. Digərlərinin sırasına italyan, fransız, yapon və çin dilində olan sözlər aid olub. Azərbaycan dilində olmayan reklam lövhələrindəki sözlərin hamısı, yəni 94 faiz latın qrafikasında olmaqla ingilis dilində yazılıb”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG