Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:07

TQDK 2014-cü il imtahanlarının ilkin plan qrafikini açıqlayıb


-
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014-cü ildə keçiriləcək imtahanlarının və tədbirlərinin ilkin plan qrafikini açıqlayıb.

Plan-qrafik TQDK-nın saytında yerləşdirilib.

Plan görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə və rezidenturaya ərizə qəbulu fevralın 11-20-də olacaq. Magistraturaya qəbul imtahanının 1-ci mərhələsi martın 2-də, 2-ci mərhələsi mayın 25-də keçiriləcək.

Magistraturaya proqram seçimi 1-5 may aralığında olacaq.

Magistraturaya ixtisaslaşma seçimi 29 may – 1 iyunda aparılacaq.

Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi 30 martda, 2-ci mərhələ 27 iyulda keçiriləcək. Rezidenturaya ixtisaslaşma seçimi 29-31 iyulda olacaq.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları 6, 13 (təkrar), 20, 27 aprel, 25 may (təkrar), 1 iyunda keçiriləcək.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu 1 aprel - 30 aprel aralığında aparılacaq.

Ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin qabiliyyət tələb edən ixtisasları üzrə seçmə tur 15 aprel – 30 aprel tarixləri aralığında olacaq.

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanının birincisində iştirak etmək istəyənlər üçün ərizə təsdiqinin son günü 25 apreldir.

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı 1-ci dəfə 4 mayda, 2-ci dəfə 3 iyulda olacaq.

Əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanı aşağıdakı günlərdə keçiriləcək:
- II və III qruplar üzrə - 11 may
- I və IV qruplar üzrə - 18 may

Buraxılış imtahanları: Peşə liseyləri - Mart ayı

Buraxılış imtahanları: ümumtəhsil müəssisələri
1-ci istiqamət
2-ci istiqamət
3-cü istiqamət
4-cü istiqamət
Eksternat
İyun ayı

Cari ilin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanı
- I və IV qruplar üzrə
- II və III qruplar üzrə
İyul ayı

Qabiliyyət imtahanı (I və IV qruplar)
Qabiliyyət imtahanı (III qrup)

İyul ayı

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) ərizə qəbulu

12 may-12 iyun

Orta ixtisas təhsili müəssisələrinin (ümumi orta təhsil bazasında) qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat

19-29 may

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qəbul imtahanı- əvvəlki il məzunları

29 iyun

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qabiliyyət tələb edən ixtisaslarına seçmə tur

2-5 iyul

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) ixtisas seçimi

2-10 iyul

Monitorinq imtahanları

mart ayı - 5-ci və 6-cı siniflər
aprel- may ayları - 11-ci sinif

Günün bütün mövzuları

XS
SM
MD
LG