Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:17

Baş prokuror vətəndaşları qəbul edəcək


-
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov fevralın 14-də, saat 11:00-da İsmayıllı rayon prokurorluğunun inzibati binasında vətəndaşları qəbul edəcək.

Məlumatı Baş Prokurorluğun mətbuat xidməti yayıb.

Bildirilir ki, baş prokuror İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Kürdəmir və Göyçay rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və İsmayıllı rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
XS
SM
MD
LG