Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:52

Özünü yandıraraq intihar edən Zaur Həsənovun qırx mərasimidir


-
Febralın 5-i özünü yandıran ikinci qrup Qarabağ əlili Zaur Həsənovun qırx mərasimidir. Mərasim əlilin yaşadığı ünvanda – Lökbatan qəsəbəsində keçirilir.

Zaur Həsənov dekabrın 25-də Bakının mərkəzində özünü yandırıb və 4 gün sonra xəstəxanada keçinib.

Zaur Həsənovun etirazına səbəb 1995-ci ildən bəri Bibiheybətdə işlətdiyi kafenin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının iddiası ilə sökülməsi olub. Baş Prokurorluq bildirib ki, veteranının özünü yandırması fakt üzrə «məhkəmə-tibbi ekspertizanın təyin edilib». Olaya görə kimsənin cəzalandırılmaması ölkə mediasında və vətəndaş cəmiyyətində narazılıq doğurub.

Günün bütün mövzuları

XS
SM
MD
LG