Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:05

İngilis azarkeşlərə azyaşlı Braziliya fahişələri barədə xəbərdarlıq


Britaniya polisi futbol üzrə dünya çempionatı oyunlarını Braziliyada seyr edəcək İngiltərə azarkeşlərinə xəbərdarlıq edib.

Xəbərdarlıqda deyilir ki, Braziliyanın cinayətkar kartelləri çempionat günlərində azayaşlı qız uşaqlarının seks ticarəti ilə məşğul olmağı planlaşdırıblar.

Bu plana görə azyaşlı uşaqlar əcnəbilərin çox olduğu yerlərə buraxılacaq.

Polis xəbərdarlıq edib ki, azyaşlılarla cinsi əlaqə İngiltərə azarlkeşlərinin Braziliyada və ya Brityaniyada məhkum edilməsi ilə nəticələnə bilər.

Braziliyadan alınan xəbərlərdə deyilir ki, kriminal qruplar azyaşlı qızların daha yaşlı görünməsi üçün onları xüsusi qaydada geyindərəcək və makiaj edəcək.

Milli Cinayətkarklıq Agentliyinin məlumatına görə, Braziliya uşaqların seksual istismarına görə yalnız Taylanddan geridə qalır.

Cinsi zorakılıq Braziliyada bütün cinayətlər arasında ikinci yerdədir. Çox vaxt bu cinayətin qurbanları 11-14 yaşları arasında uşaqlar olur.

2014-cü ilin iyunun 12-də başlanacaq Dünya Kuboku matçlarına tamaşa etmək üçün Braziliyaya 600 min əcnəbi səfər edəcək.
XS
SM
MD
LG