Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:14

Məhbuslar... (Seçmə şeirlərdən)


Şəmşad Ağa
Şəmşad Ağa
-

Bu şeir son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap edilir. Əsərlər münsifə imzası göstərilmədən göndərilib.


Şəmşad Ağa


MƏHBUSLAR!


(Bu şeiri həbsxana divarlarına həsr edirəm)


Soyuq divarlara məhbuslar
bir söz yazar...
bayram axşamları divarlar
insan taleyi yaşar…

...eh, anam AZADLIQ!

dönüklükdən deyil, soyuqluqdandı:
- kimi babasının
ölüm xəbərini döyər divarlara,
kimi anasına arzularını,
kimi oğluna ad günü təbrikini...

kimi divarlara sevgi xatirələrini anladar,
kimi qızlarına səadəti,
kimi qızına cəsarəti...

bu axşam divarlar -
bir az Ayseldi,
bir az Günel,
bir az Səkinə,
Bir az Nigar...

bu axşam uşaqlar
bir az Məhəmməddi,
...divarlar bir az Nərgiz,
bir az Əyanət...

amma bu dünya bir az yox,
bir az çox xəyanətdi...
bu dünyanın üzü yoxdu,
özü var...

Ehey məhbuslar,
sizə bu gün çox doğmadır
isti nəfəsli soyuq-nəm divarlar...
XS
SM
MD
LG