Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:56

Pərviz Həşimliyə qarşı yeni ittiham irəli sürülüb


Pərviz Həşimli
Pərviz Həşimli
-
Fevralın 4-də “Bizim Yol” qəzetinin əməkdaşı Pərviz Həşimliyə qarşı Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı və sair əldə etmə, saxlama, satma kimi əməllər təkrar törədildikdə ) maddəsi ilə yeni ittiham irəli sürülüb.

İstintaq yaxın günlərdə yekunlaşacaq.

Bu haqda AzadlıqRadiosuna Pərviz Həşimlinin vəkili Elçin Sadıqov məlumat verib. Vəkil deyib ki, bu ittiham da əvvəlki ittihamlar kimi əsassızdır:

“Bu ittihamların heç bir hüquqi və faktiki əsasları yoxdur. Bu ittihamların hər biri absurd və əsassızdır”.

Pərviz Həşimli keçən il sentyabrın 17-də həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.
XS
SM
MD
LG