Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:59

İlyas İsmayılov spikerdən bəzi həmkarlarının mandatdan məhrum edilməsini istəyib


-
Fevralın 4-də Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov parlamentin spikeri Oqtay Əsədova müraciət edib.

İlyas İsmayılov spikerdən bəzi həmkarlarının mandatdan məhrum edilməsi üçün addım atmasını istəyib.

Deputat bildirir ki, Konstitusiyanın 85-ci maddəsi icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslərin deputat seçilməsini qadağan edir:

“Bu gün Milli Məclisdə bəzi deputatlar icra sistemində və başqa yerlərdə ödənişli fəaliyyətlə məşğul olurlar. Bunlar universitet rektorları, səhmdar cəmiyyətlərinin, dövlət şirkətlərinin rəhbərləri, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslərdir. Konstitusiyanın 89-cu maddəsinin birinci hissəsinin 3-cü bəndinə əsasən, Milli Məclisin deputatı dövlət orqanlarında vəzifə tutduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatdan məhrum edilir”.

İlyas İsmayılov qanun pozuntularının aradan qaldırılması üçün Konstitusiya Məhkəməsinə müraciət etdiyini xatırladır:

“Konstitusiya Məhkəməsi Palatasının 10 yanvar 2014-cü il qərarı ilə mənə bildirildi ki, bu müraciətə baxmaq mexanizmi yoxdur, Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ başqa subyektlərlə yanaşı Milli Məclisə aiddir”.

Məlumatı Ədalət Partiyasının mətbuat xidməti yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG