Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:49

Ekoloji qanunvericiliyin pozulmasına görə 62 min manata yaxın cərimə tətbiq olunub


-
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları yanvarın 16-dan 31-ə qədər ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə necə əməl olunmasını yoxlayıb.

Hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 274 akt və protokol tərtib olunub.

Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 49 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 59 iş üzrə 61491.27 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyana görə 22 iş üzrə 4549.74 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 950 iş üzrə 84693 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 25, icra qurumlarına 13, məhkəmələrə isə 18 iş göndərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG