Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:50

E. Məmmədyarov: “Böyük sülh sazişi üzərində işə nə qədər tez başlanılsa...”


-
“Böyük sülh sazişi üzərində işə nə qədər tez başlanılsa, bu, regiona bir o qədər çox xeyir verəcək”.

Bunu fevralın 4-də jurnalistlərə xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Atəşkəsin pozulmasına münasibət bildirərkən Elmar Məmmədyarov təmas xəttində atışmalardan təəssüfləndiyini deyib. Bildirib ki, Azərbaycan əsgərləri Ermənistan tərəfindən açılan atəşə cavab verir.

“Hər dəfə danışıqlarda bir qədər irəliləyiş olanda, belə hallar baş verir. Lakin biz hesab edirik ki, danışıqları davam etdirmək lazımdır”.

Nazir deyib ki, Azərbaycan hazırda konkret məsələlər üzərində gedən danışıqların davam etdirilməsinə tərəfdardır. Bu məsələlər bir sıra təkliflərlə Yerevana yola düşəcək ATƏT-in Minsk qrupunun həmsədrləri ilə müzakirə olunub.

Elmar Məmmədyarov deyib ki, “əgər biz Ermənistan tərəfinin konstruktiv reaksiyasını görsək, onda danışıqlar davam etdirilə bilər”.

Günün bütün mövzuları

XS
SM
MD
LG