Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:39

Daha 2-3 gün anomal hava şəraiti davam edəcək


-
Bakı və Abşeron yarımadasında yaxın 2-3 gün ərzində anomal hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, fevralın 5-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz olacaq.

Lakin gecə saatlarında bəzi yerlərdə az qar yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq.

Mülayim cənub-qərb küləyi əsəcək.

Fevralın 5-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-7 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti təşkil edəcək. Yollar buz bağlayacaq.

Rayonlarda hava gün ərzində əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında az qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 16-21 dərəcə şaxta, gündüz 5-19 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG