Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:59

Keçmiş nazir və icra başçısının oğulları məhkəməyə çağırıldı


Azerbaijan -- Ismayilli-court, January 8, 2014.

Azerbaijan -- Ismayilli-court, January 8, 2014.

-
Fevralın 4-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadislərinə görə ittiham olunanların məhkəməsi Müsavat başqanının müavini Tofiq Yaqublunun vəsatəti ilə başlayıb.

Tofiq Yaqublu vəsatətində bildirib ki, İsmayıllıya gəlməsi və polisin onu rayondan çıxarması ilə bağlı video görüntü var. Deyib ki, DYP-nin İsmayıllının girəcəyində quraşdırılmış videokamerasından bunu görmək olar. Vəsatət qəbul olunmayıb. Toqfiq Yaqublu vəsatətinin qəbul olunmamasına etiraz edib. Hakimə bildirib ki, siz saxtakarlıq edirsiz.

Bundan sonra şahid qismində İsmayıllı rayonu Hacəhətəmli kənd sakini, sürücü Asif Ağayev dindirilib. O, şahid ifadəsində deyib ki, İsmayıllı hadisələri baş verən gün rayon mərkəzinə sürücü kimi gəlib. “Elə olub, işimlə bağlı mən rayon mərkəzinə gündə 3-4 dəfə gəlmişəm. Nə baş verməsindən xəbərim olmayıb”.

Dövlət ittihamçıları indiyə qədər məhkəmədə 86 nəfərin şahid qismində dindirildiyini, əlavə şahidlərin dindirilməsinə ehtiyac olmadığını bildiriblər.

“NİZAMİ ƏLƏKBƏROV MƏHKƏMƏYƏ GƏLSİN”

Bundan sonra Tofiq Yaqublu ilə İlqar Məmmədov keçmiş icra başçısı Nizami Ələkbərovun məhkəməyə dəvət olunması ilə bağlı vəsatət qaldırıb. Deyiblər ki, Nizami Ələkbərov bizim haqqımızda müsahibə verdiyi üçün onun məhkəmədə iştirakı vacibdir. Vəsatət qəbul olunmayıb.

Məhkəmə keçmiş icra başçısı Nizami Ələkbərovun oğlu Elxan Ələkbərovun və onun qardaşı, keçmiş nazir Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovun məhkəməyə dəvət olunması haqqında qərar qəbul edib. Məhkəməyə gəlmələri ilə bağlı buna qədər onlara iki dəfə müraciət olunub.

Onlar dəymiş ziyanla bağlı dindiriləcək.

Məhkəmə fevralın 10-da davam edəcək.

İsmayıllı hadisələri 2013-cü il yanvarın 23-də baş verib. “Çıraq” otelinin iki işçisi yerli sakinləri təhqir edəndən sonra hadisələr qızışıb. Otel yandırılıb. İğtişaşlar yanvarın 24-də daxili qoşunların İsmayıllıya gəlməsindən sonra yatırılıb. Bundan sonra 18 nəfər həbs olunub.

Onlar kütləvi iğtişaşların təşkili və iştirakında, hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunurlar.

İsmayıllı hadisələri ilə bağlı məhkəmə 2013-cü il noyabrın 4-də başlayıb.

Şərhləri göstər

XS
SM
MD
LG