Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:50
-
Son ayda İrana gedən azərbycanlıların sayının artdığı bildirilir. İrana gedənlər arasında sərhədyanı rayonlarda yaşayanlar çoxluq təşkil edirlər. İqtisadçılar bunu ABŞ dollarının və Azərbaycan manatının məzənnəsinin qalxması ilə əlaqələndirirlər. Ötən ay 1 ABŞ dollarına 28 min İran realı verirdilərsə, indi bu rəqəmin 29 min 400 reala çatdığı deyilir. Azərbaycan manatı isə 36 min reala alınır. Azərbaycan manatı ABŞ dollarına görə gücünü saxlayıb.

Sərhədyanı bölgədəki iş adamları deyirlər ki, əvvəllər İran Astarasının mağazalarında ABŞ dolları qəbul olunmurdu. Bazarlara nəzarət edilirdi. Qara bazara basqılar olurdu. ABŞ dollarını dəyişənlər cəzalandırılırdı. İndi bu qayda dəyişib. Mağazalarda ABŞ dollarına üstünlük verilir. İş adamlarının sözlərinə görə, artıq İran Astarasında ABŞ dollarının dəyişdirilməsinə də imkan verirlər.

SANKSİYALAR AZALDIQCA DOLLARA TƏLƏBAT ARTIR

Lənkəran rayonunun mərkəzi bazarında pul dəyişənlər isə deyir ki, ABŞ dolları 3 ildir ki, sabitliyini saxlayır. Lakin dolların İrana axması müşahidə olunur. Rus rubulu isə ucuzlaşmaqda davm edir. Lənkəran bazarında 1 manata 21 rubul 80 qəpik verilir. Pul dəyişənlərin sözlərinə görə, əldə böyük məbləğdə rus rublu saxlamaq risklidir. Çünki rus rubulun dəyərdən düşməsi təhlükəsi var. Onların sözlərinə görə, rus rublu, əsasən, ilin may, iyun, iyul aylarında daha çox gəlir.

İqtisadçı Əlirza Pənahlı deyir ki, İranda dolların qalxması gözlənilən idi. İrana qarşı sanksiyalar yumaşaldıqca bu ölkədə ABŞ dollarına tələbat da artır. O belə hesab edir ki, İrana ABŞ dolların axını davam edəcək. Onun sözlərinə görə, rus rubulun ucuzlaşması bu ölkədə iqtisadi böhranın artması ilə əlaqədardır. Ukraynada baş verənlər də rubulun məzənnəsinə təsir edən amillərdəndir.

Şərhləri göstər

XS
SM
MD
LG