Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:27

Bakıda mənzillər bahalaşıb


-
2013-cü il ərzində Bakının ilkin mənzil bazarında qiymətlər 28,9 faiz artıb. Bu barədə Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.

Onun sözlərinə görə, yanvar ayında ilkin bazarda mənzilin bir kvadratmetri orta hesabla 889 dollar olub, dekabrda isə bir kvadratmetrin qiyməti 1146 dollara çatıb.

N.İbrahimov deyib ki, ki, bahalaşma paytaxtda söküntü işlərinin genişlənməsi, eləcə də təklif portfelində ucuz mənzillərin payının tədricən azalması (bu, tikintinin həcminin azalması ilə bağlıdır) və müvafiq olaraq nisbətən daha bahalı mənzillərin payının artması ilə bağlıdır.

Bir müddət əvvəl ARDNŞ-nin “Аzəriqaz” İstehsalat Birliyi ötən il çoxmərtəbəli binaların qazlaşdırılmasını iki dəfə artırıb: 2013-cü ildə 30 374 mənzilin olduğu 149 yeni tikili istifadəyə verilib. 2012-ci ildə bu rəqəm 60 olub. Bu amil də qiymətlərin formalaşmasında rol oynayır.

“MBA Group”un monitorinqinə görə, Bakıda ilkin daşınmaz əmlak bazarında qeyri-yaşayış binaları da bahalaşıb. Belə ki, ötən ilin sonuna bir kvadratmetrin dəyəri 2013-cü ilin yanvarındakı 2821 dollara qarşı 2907 dollar təşkil edib.

Elit evlərin də qiymətləri artıb: əgər 2013-cü ilin yanvarında belə mənzillərin bir kvadratmetrinin dəyəri 2120 dollar təşkil edirdisə, keçən ilin sonunda qiymətlər 3339 dollara qədər artıb. Elit evlər ən çox Bakının Nəsimi və Yasamal rayonlarında bahalaşıb.

Ekspertin sözlərinə görə, 2014-cü il ərzində qiymətlər altı-səkkiz faiz artacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG