Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:05

Türkiyə Kipr üçün qaz axtaran Total kəşfiyyatçılarını qovdu


Kipr bəyan edib ki, Aralıq dənizinin mübahisəli sularında onun üçün qaz axtaran Total şirkətinin kəşfiyyat gəmisinin Türkiyə hərbi dəniz donanması tərədfindən qovulması faktı ilə bağlı BMT-yə şikayət edəcək.

Türkiyə Kiprin adanın cənub və cənub-şərq sahillərindəki zəngin qaz ehtiyatlarına iddialarını mübahisəli hesab edir.

Türkiyə hərbiyyəsi bildirib ki, Norveç bayrağı altında üzən gəmi ilk xəbərdarlıqdan sonra adanın su məkanını dərhal tərk edib və heç bir insident olmayıb.

Total şirkətinin bu ərazidə qaz axtarışı aparmasına Kipr lisenziya verib.

Kipr iddia edir ki, bu, onun ərazi sularıdır və Fransanın Total, ABŞ-ın Noble Energy İnc və Cənubi Koreyanın Kogas şirkətləri ilə qaz yataqlarının inkişaf etdirilməsinə dair müqavilələr imzalayıb.
XS
SM
MD
LG