Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:53

İsrail və Türkiyə arasında “Mavi Marmara” üçün kompensasiya mübahisəsi çözülür


"Mavi Marmara" gəmisi

"Mavi Marmara" gəmisi

Türkiyə və İsrail mediasının yaydığı xəbərlərə görə, iki ölkə arasında 2010-cu ildən bəri davam edən diplomatik çəkişmənin həlli yekin mərhələsinə qədəm qoyub.

İki ölkə arasında əldə olunmuş sazişə əsasən İsrail “Mavi Marmara” gəmisi ilə bağlı insidentin qurbanlarına milyonlarla dollar təzminat ödəyəcək.

2010-cu ildə baş vermiş insident zamanı Qəzza zolağının dənizdən blokadasını sındırmaq istəyən türk fəallardan 9-u İsrailin təhlükəsizlik qüvvələri tərəfindən öldürülmüşdü.

Bu hadisə Türkiyə və İsrail arasında az qala müttəfiqlik həddinə çatan münasibətləri pozmuşdu.

2013-cü ilin martında baş nazirlər Erdoğan və Netanyahu münasibətlərin yenidən normallaşdırılması barədə razılığa gəlmişdilər.

O zaman Binyamin Netanyahu “Mavi Marmara” insidentinin qurbanlarına təzminat ödənməsini vəd etmişdi, bir şərtlə ki, Ankara İsrail komandoslarına qarşı gələcəkdə heç bir cinayət iddiası irəli sürməyəcəkdi.

Türkiyə bu şərti qəbul etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG