Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:00

Ağ evin sözçüsü: “Biz İsraili boykot cəhdlərinin əleyhinəyik”


Jen Psaki
Jen Psaki
-

ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki fevralın 3-də Washington-da keçirdiyi brifinqdə Yaxın Şərq sülh prosesi ilə bağlı son durumu şərh edib.

O, İsraili boykot çağırışlarına da münasibət bildirib:

"Biz bunun qəti əleyhinəyik – biz indiyəcən İsraili boykot etmə cəhdlərinin hamısının əleyhinə çıxmışıq. Dövlət katibi John Kerry-nin özü şəxsən üç onillik boyu İsrailin təhlükəsizliyi, rifahına tam dəstək verməkdən qürur duyub və boykot cəhdlərinə qarşı çıxıb”.

Bu günlərdə bir sıra İsrail siyasətçiləri ABŞ dövlət katibinin son çıxışından narazılıq ediblər.

Ötən şənbə Kerry Münxendə çıxış edərkən İsrail-Fələstin danışıqlarının iflasa uğramasının mümkün nəticələrindən biri kimi beynəlxalq aləmdə İsraili boykot çağırışlarının arta biləcəyinə işarə edib.
XS
SM
MD
LG