Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:02

Salinger-in kitabları yenidən dünya bestselleri oldu


ABŞ - "Salinger" filminin posteri
ABŞ - "Salinger" filminin posteri
-

1951-ci ildə yazılmış “Çovdarlıqda uçurumdan qoruyan” romanı yenidən zirvədə!

Kitab dünyanın ən böyük on-line satış şəbəkəsi olan Amazon.com-un bestseller siyahısında 1-ci pilləyə yüksəlib.

Bu, romanın müəllifi, Amerika yazıçısı J.D. Salinger haqda sənədli filmin yanvarın 21-də PBS kanalında yayınlanmasından sonra baş verib.

Yazıçının digər kitablarının satışında da böyük sıçrayış var.

"Nine Stories" kitabı 6639-cu yerdən 77-ci yerə yüksəlib.

"Franny and Zooey" isə 6191-ci pillədən 172-ci pilləyə.

Shane Salerno-nun “Salinger” filmi onun eyni adlı bioqrafik kitabı əsasında çəkilib.

Kitab birmənalı qarşılanmayıb.

Yazıçının ailəsi həm kitabın yazılması, həm də filmin çəkilişi zamanı onlarla əlaqə saxlanmadığını bildirib.

Onlar kitabın mənbələrilə bağlı şübhələrini dilə gətiriblər.
"Çovdarlıqda uçurumdan qoruyan" Azərbaycan dilində
"Çovdarlıqda uçurumdan qoruyan" Azərbaycan dilində

Məsələn, kitabda Salinger-in birinci arvadı, yarı alman, yarı fransız olan Sylvia Welter-dən ayrılmasının səbəbi barədə iddia yer alır.

Deyilir ki, səbəb Welter-in 2-ci Dünya Müharibəsi zamanı nasistlərə cuğulluq etməsi olub və yazıçı bunu bilən kimi həmin qadınla boşanmağa qərar verib.

Bundan başqa kitabda iddia edilir ki, Salinger-in yalnız bir xayası olub.

Adı açıqlanmayan iki qadın və yazıçı ilə birgə hərbi xidmətdə olmuş Werner Kleeman bunu təsdiqləyir.

İddiaya görə, Salinger-in özündən yaşca çox kiçik və seksual baxımdan təcrübəsiz qızlara, eləcə də ümumilikdə guşənişin həyat tərzinə meyli etməsi güman ki qismən də onun bu fiziki qüsuru ilə bağlı olub.

Filmdə o da bildirilir ki, yazıçı mətbuatdan qaçsa da, onilliklər boyu yeni əsər çap etdirməsə də, yaradıcılığına davam edib və ölümündən qabaq, 2015-ci ildə azı 5 əsərinin çap edilməsini vəsiyyət edib.

Salinger ömrünün 45- ilini guşənişin həyat sürüb.

O, 2010-cu ildə 91 yaşında vəfat edib.

Hazırda “Çovdarlıqda uçurumdan qoruyan” romanı Amazon.com-un bestseller siyahısında 27-cidir.
XS
SM
MD
LG