Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:53
-

Rusiyaya qaçmış Amerika kəşfiyyatçısı Edward Snowden haqda kitab fevralın 11-də Britaniyada satışa çıxır.

"The Snowden Files: The Inside Story Of The World's Most Wanted Man” kitabını “The Guardian” qəzetinin müxbiri Luke Harding yazıb.

“The Guardian” Snowden qalmaqalında əsas oyunçulardan olub.

Kəşfiyyatçı ilk olaraq məhz bu qəzetlə e-mail vasitəsilə əlaqə yaradıb və Amerikanın dünya boyu İnternet və mobil rabitənin total izlənməsinə dair gizli dövlət proqramı haqda şok məlumatları açıqlayıb.

Kitabda qəzet redaktorlarının qalmaqala səbəb olacaq materialı çap etməyə necə qərar verdiklərindən danışılır. Snowden-in prezident Obamanın, hakimiyyətə gələndən sonra total izlənmə proqramını dayandıracağına ümid bəslədiyi, bu baş vermədikdə təşəbbüsü öz əlinə almağa qərar verdiyi deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG