Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:56

Milli Şura Əli İnsanova azadlıq tələb edir


-
Milli Şura həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanova qarşı olan təzyiqlər və onun hüquqlarının müdafiəsi ilə bağlı bəyanat qəbul edib.

Bəyanatda bildirir ki, bu il yanvarın 31-də Bakı Apellyasiya Məhkəməsində Əli İnsanovun hüquqları pozulub:

«Bakı Şəhər Məhkəməsindəki prosesdə şüşə qəfəsdə yerləşdirilmiş mikrofon hakim tərəfindən idarə olunur və hakim Sənan Hacıyev istədiyi vaxt mikrofonu söndürməklə keçmiş səhiyyə nazirini danışmaq və özünü müdafiə etmək hüququndan məhrum edirdi».

Milli Şura Əli İnsanova qarşı təzyiqlərə son qoymağı və Avropa Məhkəməsinin qərarına müvafiq olaraq onun dərhal azadlığa buraxılmasını tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG