Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:47

Rəsulzadənin 130 illik yubileyi Londonda qeyd edilib


London (Foto: araznews.com / 2 fevral 2014)

London (Foto: araznews.com / 2 fevral 2014)

-
Fevralın 2-də Londonda Azərbaycan Xalq Cumhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadə 130 illik yubleyi keçirilib.
Bu barədə Londonda dərc olunan Araz qəzetinin redaktoru Vüsal Həmzəyev AzadlıqRadiosuna məlumat verib.
Onun sözlərinə görə, tədbirdə çıxış edən Azərbaycan Evinin sədri Dr Əli Təkin Atalar Rəsulzadə ilə bağlı ingilis dilində hazırladığı təqdimatı nümayiş etdirib.
İştirakçılar Türkiyə televiziyasının Rəsulzadə ilə bağlı hazırladığı sənədli film də izləyiblər.
Azərbaycanın Britaniyadakı səfirliyinin birinci katibi V.Abdullayev isə çıxış edərək Rəsulzadənin Azərbaycan tarixi üçün əhəmiyyətindən danışıb.
Mərasimdə Türkiyənin İzmir şəhərindən Skype vasitəsilə qoşulan Ege Universiteti türk dili kafedrasının müdiri professor Yavuz Akpınar Rəsulzadə ilə bağlı əldə etdiyi arxiv materiallarından, onun həyatı ilə bağlı etdiyi araşdırmalardan və hazırladığı kitablardan danışıb.
Yubiley tədbirində Britaniyadakı Azərbaycan və türk icmasının nümayəndələri, müxtəlif təşkilatların təmsilçiləri iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG