Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:34

Bloqçu Ömər Məmmədov həbsdə qaldı


-
Fevralın 3-də Bakı Apellyasiya Məhkəməsi bloqçu Ömər Məmmədov barəsində 3 aylıq həbs qətimkan tədbirindən verilən vəsatətə baxıb.

Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli AzadlıqRadiosuna bildirib ki, məhkəmədə Ömər Məmmədov da iştirak edib:

“O, ittihamları qəbul etməyib. Bütün verilən sübutlara baxmayaraq hakim Nərimanov Rayon Məhkəməsinin Ömər Məmmədov haqqında çıxardığı həbs qətimkan tədbirini qüvvədə saxlayıb”.

Samir Əsədlinin sözlərinə görə, Ömər Məmmədovun saxlanma şəraitindən narazılığı yoxdur, psixoloji durumu normaldır.

Ömər Məmmədov yanvarın 24-ü Bakıda saxlanıb. O, narkotik vasitə saxlamada ittiham olunur.

Ömər Məmmədovun təqsiri sübuta yetirilərsə, onu 5 ildən 12 ilədək həbs cəzası gözləyir.

Yaxınları hesab edir ki, 19 yaşlı bloqçunun saxlanması onun Facebook-dakı fəaliyyətilə ilə bağlıdır.
XS
SM
MD
LG