Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:47

Qaqauzlar vahid gömrük ittifaqının tərəfdarıdır


Foto arxiv
Foto arxiv
Bazar günü Moldovanın tərkibindəki Qaqauz muxtar regionunda keçirilən referendumun ilkin nəticələri elan edilib.

Seçicilərin 98, 4 faizi Rusiyanın rəhbərlik etdiyi Vahid Gömrük İttifaqına qoşulmağa səs verib.Bundan başqa seçicilərin 98 faizdən çoxu hesab edir ki, region öz müstəqilliyini elan eləməlidir.

Bu barədə yerli seçki komissiyasının sədri Valentina Lisnic məlumat verib. Onun sözlərinə görə, referendumda 70 faiz seçici iştirak edib.

Qeyd edək ki, hazırda Moldovada 155 min etnik qaqauz yaşayır. Onlar tükdilli olsalar da pravoslavdılar.

Qaqauzlar hesab edir ki, əgər Moldova Avropa Birliyinə inteqrasiya etsə, Rumınya ilə birləşə bilər.

Moldova hökuməti referendumu qanunsuz hesab edir.
XS
SM
MD
LG