Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:01

Həmsədrlər cəbhə xəttində atışmalardan narahatdır


ATƏT-in Minsk Qrupunun həmsədrləri

ATƏT-in Minsk Qrupunun həmsədrləri

-
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana səfəri başlayıb. APA-nın məlumatına görə, Jacques Faure və James Warlick fevralın 2-də Bakıya gəliblər.

Fevralın 3-də həmsədrlər Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşürlər.
Bakıdan sonra vasitəçilər Ermənistana səfər edəcəklər.

ATƏT CƏBHƏ XƏTTİNDƏ ATIŞMALARDAN NARAHATDIR

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk Trend-ə verdiyi müsahibəsində bildirib ki, təmas xəttində və sərhəddə baş verən itki və atəşkəs rejiminin pozulması xəbərləri narahatlıq doğurur.
Onun sözlərinə görə, hər bir itki faciədir və atəşkəs rejiminə tam əməl olunarsa, bunun qarşısını almaq mümkündür:

“Təəssüflər olsun ki, məlumatların göstərdiyinə görə, son həftələrdə vəziyyət daha da gərginləşib və vəziyyətin gərginləşməsi riski yetərincə dəyərləndirilmir”.

A.Kasprzyk qeyd edib ki, o özü də yaxınlarda keçirilən monitorinq zamanı gərginliyin artmasına şahid olub:

“Belə ki, hər iki tərəfin yerli komandirləri qoşunlarının monitorinq zamanı atəşkəs rejimini pozmayacağına və qrupumuzun təhlükəsizliyinə təminat verməsinə baxmayaraq atəş açıldı”.

“ATƏŞKƏSİN POZULMASINDA MƏSULİYYƏT TƏRƏFLƏRİN ÜSTÜNƏ DÜŞÜR”

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi bildirib ki, atəşkəs rejiminə əməl olunması məsuliyyəti tərəflərin üzərinə düşür:

“Parisdə Minsk qrupunun həmsədrləri tərəfləri atəşkəs müqaviləsinin şərtlərinə tam və qeyd-şərtsiz əməl etməyə çağırıb. Həmsədrlər bildiriblər ki, son zamanlarda baş verən hadisələr danışıqları sarsıdır və sülh perspektivlərini azaldır. Bu yaxınlarda üç həmsədr ölkənin Xarici İşlər nazirliklərinin nümayəndələri bəyanatla çıxış edərək tərəfləri atəşkəs rejiminə tam şəkildə riayət etməyə çağırıb. Atəşkəsin gücləndirilməsi istiqamətində müzakirələr davam edir və bu məsələ növbəti günlərdə həmsədrlərin regiona səfəri zamanı müzakirə mövzusu olacaq”.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Fransanın paytaxtında baş tutan görüşünə toxunan A. Kasprzyk deyib ki, Parisdə nazirlər və həmsədrlər sülh prosesini daha da irəlilətmək üçün substantiv məsələləri müzakirə ediblər:

“Nazirlər münaqişənin sülh və danışıqlar yolu ilə həlli üçün işləmək istəklərini bir daha təkrarladılar. Həmsədrlər regiona növbəti səfəri çərçivəsində bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklər”.

Bir neçə gündür ki, cəbhə xəttində vəziyyət gərginləşib. Azərbaycan Müdafiə Nazirliyi atəşkəsin intensiv pozulması barədə məlumat yayıb. İki azərbaycanlı hərbçi həlak olub. Erməni Silahlı Qüvvələri də atışmalarda itki verdiklərini bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG