Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:12

Bakıda təcili yardım maşınlarının yardıma ehtiyacı yaranıb


-
Fevralın 3-nə keçən gecə Bakının ayrı-ayrı hissələrində çağırışa gedən Təcili Yardım Maşınları buzlu yollarda batıb qalıb.

Fövqəladə Hallar Nazirliyinin saytında verilən məlumata görə, Suraxanı, Sabunçu və Abşeron rayonlarında təcili yardım maşınları köməksiz qalıb.

Olay yerinə gedən müvafiq xilasetmə qüvvələri xüsusi texnika və vasitələrlə avtomobilləri təhlükəsiz əraziyə çıxara biliblər. Həmçinin həmin ərazini qardan təmizləyiblər.

Yanvarın 31-də Bakıda və ölkənin ayrı-ayrı bölgələrində qar yağıb, havanın temperatur kəskin aşağı düşüb. Yollar buz bağlayıb. Sinoptiklər soyuq hava şəraitinin bir neçə gün davam edəcəyini proqnozlaşdırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG